Ötən il şəhər və rayonlarda 956 yol qəzası olub, 379 nəfər ölüb

Ötən il şəhər və rayonlarda 956 yol qəzası olub, 379 nəfər ölüb
# 02 fevral 2023 15:53 (UTC +04:00)

Ötən il Bakı şəhəri və Naxçıvan Muxtar Respublikası istisna olmaqla, respublikanın şəhər və rayonlarında ümumilikdə 956 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, nəticədə 379 nəfər ölüb, 967 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, Bakıda 2022-ci ildə 437 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 188 nəfər ölüb, 355 nəfər xəsarət alıb.

Naxçıvan MR-da isə ötən il 47 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 21 nəfər həyatını itirib, 56 nəfər isə müəyyən bədən xəsarəti alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR