Özünü vəzifəli kimi təqdim edərək dələduzluq edən şəxsin istintaqı başa çatıb

Özünü vəzifəli kimi təqdim edərək dələduzluq edən şəxsin istintaqı başa çatıb
# 27 iyul 2022 14:13 (UTC +04:00)

Özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq edən şəxsin istintaqı başa çatıb.

Biləsuvar rayon Prokurorluğundan APA-ya verilən xəbərə görə, “DOST İş Mərkəzi” MMC-də ictimai işlərə cəlb olunmuş Elman Nuriyevin özünü ƏƏSMN-nin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 14 saylı Ərazi Məşğulluq filialının Biləsuvar rayon Xidmət şöbəsinin işçisi kimi təqdim edib həmin agentliyin, habelə digər vəzifəli şəxslərlə öz “əlaqələri” vasitəsi ilə dövlət özünəməşğulluq proqramı çərçivəsində növbədənkənar qaydada dövlət hesabına mal-qara ilə təmin edəcəyi barədə yalan vədlər verməklə 38 nəfər şəxsin ümumilikdə 19 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Elman Nuriyevə Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4, 312.2-ci (rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR