Paytaxtın Nəsimi rayonunda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Paytaxtın Nəsimi rayonunda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO
# 19 noyabr 2022 01:17 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Şəmsi Bədəlbəyli küçəsində, Qış Parkının yaxınlığında qeydə alınıb.

Belə ki, “Honda” markalı nəqliyyat vasitəsi, “Toyota” markalı avtomobillə toqquşub.

İdarəetməni itirən “Honda”nın sürücüsü avtomobili dəmir arakəsməyə vuraraq dayanıb. Hər iki avtomobilə ciddi ziyan dəyib.

Qəza nəticəsində “Honda”nın sürücüsü başından və qolundan xəsarət alıb. Əraziyə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb edilib. Xəsarət alan sürücüyə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Elşən Yəhyayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR