Polis Bakıda avtobusda qeyri-etik hərəkətlərə yol verilməsini araşdırır

Polis Bakıda avtobusda qeyri-etik hərəkətlərə yol verilməsini araşdırır
# 28 yanvar 2022 13:12 (UTC +04:00)

Bakıda sərnişin avtobusunda sərnişin tərəfindən qeyri-etik hərəkətlərə yol verilməsi barədə yayılan videogörüntülərlə bağlı araşdırma aparılır.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev APA-ya bildirib ki, sosial şəbəkədə həmin görüntüləri izləyiblər: “Polis faktı nəzarətə götürüb araşdırır. Qəti şəkildə bu cür qeyri-etik, əxlaqa zidd hərəkətləri pisləyirik”.

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov APA-ya bildirib ki, bununla bağlı ərazi polis orqanında müvafiq araşdırma aparılır.

Qeyd edək ki, hadisə yanvarın 25-də, saat 15.00 radələrində, Badamdar qəsəbəsi ərazisində, 31 nömrəli sərnişin avtobusunda baş verib. Orta yaşlı kişi avtobusda sərnişinlərin gözü qarşısında qeyri-etik hərəkətlər edib. Bu isə digər sərnişinlər tərəfindən çəkilərək sosial şəbəkədə yayılıb.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR