Polis metroda balta ilə görüntülərini yayan şəxsi axtarır

Polis metroda balta ilə görüntülərini yayan şəxsi axtarır
# 05 iyul 2022 14:30 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə metroda balta ilə görüntülərini yayaraq insanlara hədə-qorxu gələn şəxslə bağlı araşdırmalara başlayıb.

DİN-in mətbuat xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov APA-ya bildirib ki, yayılan görüntülərdən məlumatlıdırlar:

"Hazırda həmin şəxsin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər görülür. Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, görüntülərdə adı açıqlanmayan şəxs metroya balta ilə girdiyini və qarşısına çıxan cinsi azlıqları baltalayaraq öldürəcəyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR