Aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nizami Rayon Prokurorluğundan APA-ya verilən xəbərə görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2007-ci il təvəllüdlü A.C.-nın qısqanclıq zəminində anası Sevinc Məhərrəmovaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
***
13:52
Bakıda qətl hadisəsi baş verib.
APA-nın xəbərinə görə, hadisə bu gün günorta saatlarında Nizami rayonu ərazisində, Neftçilər metrosunun yaxınlığında qeydə alınıb.
Oğul küçədə anasını bıçaqla qətlə yetirib.
Daxili İşlər Nazirliyindən APA-ya faktı təsdiqləyiblər. DİN-dən bildirilib ki, qətl törədən şəxs hadisə yerindən yayınsa da, polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə həmin şəxs isti izlərlə tutularaq istintaqa cəlb olunub.
Aysel Şahmar