Prokurorluq Tərtərdə sursatın partlaması ilə bağlı məlumat yayıb - YENİLƏNİB

Prokurorluq Tərtərdə sursatın partlaması ilə bağlı məlumat yayıb - YENİLƏNİB
# 27 may 2023 17:42 (UTC +04:00)

Mayın 27-də Tərtər rayonunun Çaylı kəndi ərazisində partlayış baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

APA Tərtər rayon prokurorluğuna istinadən xəbər verir ki, ilkin araşdırma zamanı qeyd olunan ərazidə tikinti işlərinə cəlb olunan 1986-cı il təvəllüdlü Əsgərov Məhsin Həsən oğlunun ərazidəki sursatın partlaması nəticəsində xəsarət alması müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

***

Tərtərdə sursatın partlaması nəticəsində tikinti şirkətinin əməkdaşı yaralanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya bildirilib ki, Tərtər rayonunun Çaylı kəndi ərazisində tikinti şirkətlərinin birində çalışan, Neftçala rayon sakini 1986-cı il təvəllüdlü Əsgərov Mənsim Həsən oğlu kanal tikintisində işləyən zaman ərazidə olan sursatın partlaması nəticəsində sol əl nahiyəsindən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR