Qaradağda yaşayış binasında yanğın olub

Qaradağda yaşayış binasında yanğın olub
# 08 may 2023 13:41 (UTC +04:00)

Bakı şəhərinin Qaradağ rayonunda yanğın olub.

APA FHN-in saytına istinadən xəbər verir ki, ikimərtəbəli kommunal tipli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 72 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR