Qax sakini həmkəndlisini bıçaqlayıb

Qax sakini həmkəndlisini bıçaqlayıb
# 24 mart 2023 10:13 (UTC +04:00)

Qaxda həmkəndlilər arasında mübahisə bıçaqlanma ilə sona çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, ötən gün axşam saatlarında rayonunun Şotavar kəndi ərazisində kənd sakinləri, 2001-ci il təvəllüdlü Azər Nadirovla 23 yaşlı Alqış İbrahimov arasında şəxs münasibətlər zəminində mübahisə yaranıb. Bu zaman A.Nadirov A.İbrahimova bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən Azər Nadirov saxlanılıb və zərərçəkənin xəsarətlərinin dərəcəsinin müəyyən olunması üçün müvafiq ekspertiza təyin edilib.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR