Qaxda avtomobilin vurduğu kişi xəsarət alıb

Qaxda avtomobilin vurduğu kişi xəsarət alıb
  • Clock-gray 20:50
  • calendar-gray 13 Oktyabr 2019

Qaxda 34 yaşlı kişini avtomobil vurub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Qax-İlisu avtomobil yolunun Qaxbaş kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayonun Qaxingiloy kənd sakini, 1985-ci il təvəllüdlü Rastyaşvili Valeri Dursikoyeviç “Opel” markalı minik avtomobili tərəfindən vurulub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan V.Rastyaşvili Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov

Digər xəbərlər

Arxiv

date