Qaxda ölümlə nəticələnən yol qəzası olub - VİDEO

Qaxda ölümlə nəticələnən yol qəzası olub - VİDEO
# 09 yanvar 2023 08:07 (UTC +04:00)

Hadisə axşam saatlarında Qax-Qıpçaq avtomobil yolunun rayonun Kötüklü kəndi ərazisindən keçən hissəsində baş verib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Qax rayon sakinin idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı elektrik dirəyinə dəyib. Qəza zamanı avtomobildə olan iki nəfər - rayonun Qarabulaq kənd sakini 1999-cu il təvəllüdlü Şəmsəddin Təmraz oğlu Kərimov və 2002-ci il təvəllüdlü Nihad Akif oğlu Süleymanzadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Yaralılardan Ş. Kərimovun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. N. Süleymnazadənin xəsarətləri yüngül olduğundan ona lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR