Qazaxda at 55 yaşlı kişiyə xəsarət yetirib 

Qazaxda at 55 yaşlı kişiyə xəsarət yetirib 
# 15 may 2022 08:57 (UTC +04:00)

Qazax sakininə at təpik vuraraq xəsarət yetirib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun "Mal bazarı”nda qeydə alınıb.

1967-ci il təvəllüdlü Abdulkərimov Rasim müxtəlif bədən xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Müayinə zamanı 55 yaşlı kişiyə açıq kəllə-beyin travması və baş-beyin əziyi, bədənin çox saylı əziyi diaqnozları qoyulub. Hazırda xəstənin vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin təfərrüatı araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR