Qəbələdə ağacın aşması nəticəsində yaranan çətinlik aradan qaldırılıb

Qəbələdə ağacın aşması nəticəsində yaranan çətinlik aradan qaldırılıb
# 08 dekabr 2022 17:22 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ şəhərində irigövdəli ağacın aşması və nəticədə insanların təhlükəsiz gediş-gəlişinə maneə yaranması barədə məlumat daxil olub.

Nazirlikdən APA-ya verilən məlumata görə, FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər müvafiq təhlükəsizlik qaydalarına riayət etməklə, aşmış ağacı hissələrə kəsərək götürülməsini, bununla da həmin ərazidə vətəndaşların təhlükəsiz gediş-gəlişini təmin ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR