Qəbələdə yol qəzasında 1 nəfər ölüb, polis xəsarət alıb - YENİLƏNİB

Qəbələdə yol qəzasında 1 nəfər ölüb, polis xəsarət alıb - YENİLƏNİB
# 06 fevral 2023 17:18 (UTC +04:00)

Qəbələdə baş verən zəncirvari qəzada xəsarət alanlardan biri ölüb.

APA-nin Şirvan bürosu xəbər verir ki, ağır xəsarət alan 1957-ci il təvəllüdlü Məmmədov Rəhim Rəşid oğlu xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

15.01

Qəbələdə zəncirvari qəza olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, bu gün saat 10:30 radələrində Qəbələ şəhəri ərazisində Mənsur Məmmədovun idarə etdiyi “VAZ-2107”, Rəhim Məmmədovun idarə etdiyi “VAZ-2106” və Ələsgər Mikayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə iki nəqliyyat vasitəsinin sürücüsü - M.Məmmədov və R.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qeyd olunub ki, Mənsur Məmmədov polis nəfəridir və hadisə xidmətdən kənar vaxtı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

İlham Əhmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR