Qobustanda qəzada ölən cütlük Bakıya nişan üzüyü almağa gedirmiş- ADLAR - YENİLƏNİB-4 - VİDEO

Qobustanda qəzada ölən cütlük Bakıya nişan üzüyü almağa  gedirmiş- ADLAR  - YENİLƏNİB-4  - VİDEO
# 22 may 2023 13:49 (UTC +04:00)

Qobustanda 5 nəfərin öldüyü yol qəzası ilə bağlı bəzi məqamlar məlum olub.

APA-nın Şirvan bürosu xəbər verir ki, bu gün hadisə nəticəsində dünyasını dəyişən iki nəfər 2000-ci il təvəllüdlü Əmrah Nuriyev və 2006-cı il təvəllüdlü Səmayə Talıbovanın yaxın günlərdə nişan mərasimi olacaqmış. Onlar Bakıya nişan üzüyü almaq üçün gedirmiş. Qəzada ölən 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova Əmrah Nuriyevin bacısı, xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə anasıdır.

***

11.14

Qobustanda dəhşətli qəzada ölənlərdən 3-ü bir ailənin üzvləridir.

APA-nın əldə etdiyi xəbərə görə, onlardan 1990-cı il təvəllüdlü Məhərrəm Səmədov və 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova ər-arvad olub. Qəzada ölən azyaşlı isə onların övladıdır.

***

11.02

Xəbərə video əlavə olunub

***

10.46

Daxili İşlər Nazirliyi Qobustanda baş verən dəhşətli yol qəzası barədə məlumat yayıb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, bu gün səhər saatlarında Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində “KIA” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1990-cı il təvəllüdlü Məhərrəm Səmədov, 2000-ci il təvəllüdlü Əmrah Nuriyev, 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova, 2006-ci il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı vəfat edib. Xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

***

09.36

Bu gün səhər saatlarında Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində “Kia” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1-i azyaşlı olmaqla 5 nəfər vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, xəsarət alan 1 nəfər Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır. Qəzaya düşənlərin Şamaxı rayon sakinləri olduğu deyilir.

***

09:19

Qobustanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Cəngi adlanan ərazidə qeydə alınıb.

Qəza nəticəsində iki kişi, iki qadın, bir uşaq olmaqla beş nəfər ölüb, bir qadın xəsarət alıb.

DİN-in mətbuat xidmətinin yerli bürosundan bildirilib ki, hadisə barədə əlavə məlumat veriləcək.

Araşdırma aparılır.

Sail Ağasəlim

İlham Əhmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR