Qubada 10 yaşlı uşaq dəm qazından boğularaq ölüb

Qubada 10 yaşlı uşaq dəm qazından boğularaq ölüb
# 20 avqust 2019 18:26 (UTC +04:00)

Quba rayonunda bədbəxt hadisə baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xanəgah kəndində qeydə alınıb.

Babasıgilə qonaq gələn 2010-cu il təvəllüdlü, Bakı şəhər sakini Cəfərov Rəsul Ramiz oğlu hamamda çimərkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR