Qubadlıda mina partlayıb, ANAMA-nın əməkdaşı yaralanıb, minaaxtaran it ölüb - YENİLƏNİB

Qubadlıda mina partlayıb, ANAMA-nın əməkdaşı yaralanıb, minaaxtaran it ölüb - YENİLƏNİB
# 30 avqust 2022 11:57 (UTC +04:00)

Qubadlıda mina partlaması ilə bağlı prokurorluqda araşdırma aparılır.

Bu barədə APA-ya Qubadlı rayon prokurorluğundan daxil olan məlumatda bildirilib. Məlumatda qeyd olunub ki, avqustun 30-u saat 10 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1984-cü il təvəllüdlü Nəcməddin Hüseynov Qubadlı rayonunun işğaldan azad edilmiş ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alıb: "Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır".

***

11.00

İşğaldan azad edilmiş Qubadlı rayonu ərazisində avqustun 30-da piyada əleyhinə mina hadisəsi baş verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, partlayış nəticəsində, Agentliyin minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb. Əməliyyata cəlb olunan Belçika malinuası - "Dina" ləqəbli minaaxtaran it ölüb.

“Hadisə tərəfimizdən araşdırılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR