Qusarda 5 ton kartof oğurlanıb

Qusarda 5 ton kartof oğurlanıb
# 09 oktyabr 2019 12:40 (UTC +04:00)

Qusarda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 5-də T.Nəzirova məxsus torpaq sahəsindən 5 ton kartof oğurlamaqda şübhəli bilinən Yasab kənd sakinləri İ.Cəfərov, V.Pirov, Ə.Balasultanov və Ə.Məmmədov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR