Qusarda ər arvadını öldürüb - YENİLƏNİB

Qusarda ər arvadını öldürüb - YENİLƏNİB
# 31 avqust 2022 10:18 (UTC +04:00)

Prokurorluq Qusarda baş verən qətl barədə məlumat yayıb.

Qusar rayon prokurorluğundan APA-ya verilən məlumata görə, avqustun 30-u saat 23 radələrində Qusar rayonu, Piral kənd sakini 1988-ci il təvəllüdlü Aksana Mollayevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1978-ci il təvəllüdlü Farik Mollayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aksana Mollayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Farik Mollayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.

***

09.46

Qusar rayonunda qətl hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Piral kəndində qeydə alınıb. Kənd sakini 1978-ci il təvəllüdlü Fariq Mollayev 1988-ci il təvəllüdlü həyat yoldaşı Oksana Mollayevi bıçaqlayaraq qətlə yetirib.
Qətli törətməkdə şübhəli bilinən F.Mollayev saxlanılıb.
Faktla bağlı Qusar rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR