Rusiya, İran və Türkiyə nümayəndələri Moskvada görüşəcək

Rusiya, İran və Türkiyə nümayəndələri Moskvada görüşəcək
# 14 yanvar 2023 11:56 (UTC +04:00)

Rusiya, İran və Türkiyə nümayəndələri arasında taxılın dünya üzrə ədalətli paylanması üçün həll yollarını araşdırmaq və mövcud maneələri aradan qaldırmaq məqsədilə Moskvada görüş və konfrans keçiriləcək.

APA-nın Tehran bürosunun məlumatına görə, 3 ölkə ərzaq böhranının qarşısını almaq üçün bir-biri ilə əməkdaşlıq edəcək.

Konfransda taxıl təchizatındakı problemlər və maneələr, o cümlədən bank-maliyyə, logistika və gömrük məsələləri müzakirə olunacaq.

Konfrans eyni zamanda taxıl və kənd təsərrüfatı məhsullarının ixracatçıları və idxalçıları arasında birbaşa dialoq yaratmaq niyyətindədir ki, Rusiya kənd təsərrüfatı məhsullarının digər ölkələrə tranziti Türkiyə və İran vasitəsilə asanlaşdırılsın.

Bu konfrans Rusiyanın Prodexpo (ərzaq və kənd təsərrüfatı məhsulları) sərgisinin son günündə keçiriləcək və iştirakçılar sərgini ziyarət etmək imkanı əldə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR