Rusiya sülhməramlı kontingentinə məxsus avtomobillər Xankəndiyə sərbəst keçib - FOTO - VİDEO

Rusiya sülhməramlı kontingentinə məxsus avtomobillər Xankəndiyə sərbəst keçib - FOTO  - VİDEO
# 12 yanvar 2023 22:27 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın-Xankəndi yolundan RSK-ya məxsus avtomobil karvanının maneəsiz keçidinə şərait yaradılıb. 2 yük və 1 minik avtomobildən ibarət karvan Laçından Xankəndiyə keçid edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR