Saatlıda iki maşın toqquşub, xəsarət alan var

Saatlıda iki maşın toqquşub, xəsarət alan var
# 18 yanvar 2023 17:02 (UTC +04:00)

Saatlıda yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Sarıcalar kəndində qeydə alınıb.

Saatlı rayonunun Əbilkənd kənd sakini, 1985-ci il təvəllüdlü Səbuhi Həsənovun idarə etdiyi “VAZ 2107” markalı maşın Cabir Zeynalovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə S.Həsənov boyunun və qolun sınması diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR