Sabirabad sakini qaynını bıçaqlayıb

Sabirabad sakini qaynını bıçaqlayıb
# 23 avqust 2019 02:06 (UTC +04:00)

Sabirabadda bıçaqlanma faktı qeydə alınıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Zəngənə kəndində baş verib.

Həmin kəndin sakini, 1961-ci il təvəllüdlü Novruzov Zülfiqar Seyfulla oğlu bacısının əri tərəfindən bıçaqlanıb. Həmin şəxsin sərxoş olduğu deyilir. Döş qəfəsindən bıçaq yarası alan Z.Novruzov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR