Sabirabad sakinini avtomobillə vuran sürücü hadisə yerindən uzaqlaşıb

Sabirabad sakinini avtomobillə vuran sürücü hadisə yerindən uzaqlaşıb
# 23 noyabr 2019 02:34 (UTC +04:00)

Sabirabad rayonunda piyadanı avtomobil vurub, sürücü daha sonra hadisə yerindən uzaqlaşıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında Sabirabad rayonunun Kürkəndi kəndində qeydə alınıb.

Naməlum sürücünün idarə etdiyi avtomobilin vurduğu Sabirabadın Kürkəndi kənd sakini, 1999-cu il təvəllüdlü Zülfüqarov Əhməd Sabit oğlunu kənd sakinləri yol kənarında hüşsuz vəziyyətdə aşkar ediblər. Ə.Zülfüqarov ağır kəllə-beyin travması diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR