Sabirabadda evdən 9 min manat və 7 min dollar oğurlanıb

Sabirabadda evdən 9 min manat və 7 min dollar oğurlanıb
# 23 may 2023 11:26 (UTC +04:00)

Sabirabad şəhəri ərazisindəki evlərin birindən 9000 manat və 7000 ABŞ dolları oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, oğurluqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş E.Abbasov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR