Şabran İcra Hakimiyyətinin komendantını maşın vurub

Şabran İcra Hakimiyyətinin komendantını maşın vurub
# 27 dekabr 2021 09:39 (UTC +04:00)

Bakı-Quba yolunda piyadanı maşın vurub. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun 126-cı km-də qeydə alınıb.

Bakının Yasamal rayon sakini Məmmədova Leyla Vahid qızı idarə etdiyi “JEEP” markalı “10 GD 016” dövlət qeydiyyat nişanlı avtomaşınla piyada - Şabran rayonu, Dəvəçi kənd sakini, 1977-ci il təvəllüdlü Səbuhi Bayramovu vurub.

Ağır bədən xəsarətləri alan piyada Şabranda ilkin tibbi yardım göstərildikdən sonra paytaxtda yerləşən tibb müəssisələrindən birinə köçürülüb.

Qeyd edək ki, S. Bayramov Şabran Rayon İcra Hakimiyyətinin komendantı vəzifəsində çalışır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR