Sabunçuda supermarketdə yanğın olub

Sabunçuda supermarketdə yanğın olub
# 08 fevral 2023 13:10 (UTC +04:00)

Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.

FHN-dən APA-ya verilən məlumata görə, ümumi sahəsi 800 m² (hər mərtəbəsi 400 m², 1-ci mərtəbəsi supermarket və anbar, 2-ci mərtəbəsi fəaliyyət göstərmir) olan ikimərtəbəli obyektin 1-ci mərtəbəsində sahəsi 30 m² olan anbarda ərzaq malları yanıb.

Yüksək temperaturdan anbarın və marketin lambirdən ibarət tavanı 50 m² sahədə əriyib. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR