Salyan-Neftçala yolunda baş verən qəzada 3 qadın ağır xəsarət alıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan- Neftçala magistralında qeydə alınıb.
Minik maşınlarının toqquşması nəticəsində xəsarət alan Neftçala sakinləri olan 3 qadın Salyan Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onlardan vəziyyəti ağır olanı xəstəxananın reanimasiya şöbəsinə köçürülüb.
Faktla bağlı araşdırma aparılır.