Salyanda 45 yaşlı kişi 4 aydır itkin düşüb - FOTO

Əli Əliyev

© APA | Əli Əliyev

# 08 yanvar 2022 10:36 (UTC +04:00)

Salyan sakini itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, Salyan rayon sakini, 45 yaşlı Əli Əliyev sentyabr ayının 22-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Əli Əliyevin əlamətləri belədir: boyu 160 sm, orta bədən quruluşlu, qısaqara saçlı, gözlərinin rəngi qəhvəyi, qaşlarının rəngi qaradır. Evdən çıxan zaman
əynində qara rəngli qısaqol köynək, qara rəngli şalvar və qara qəngli ayaqqabı olub:
"Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Salyan RayonPolis Şöbəsinə və 050-756-25-25 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur."

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR