Bank Of Baku

Salyanda “KamAZ” minik maşınına çırpılıb, 4 nəfər ölüb, 2 nəfər yaralanıb - FOTO - YENİLƏNİB-1

Salyanda “KamAZ” minik maşınına çırpılıb, 4 nəfər ölüb, 2 nəfər yaralanıb - FOTO  - YENİLƏNİB-1
# 05 aprel 2023 20:28 (UTC +04:00)

Bakı-Salyan yolunun 29-cu kilometrliyində baş vermiş ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı artıb.

APA xəbər verir ki, 2020-ci il təvəllüdlü Bayxan Bağırov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Elşən Yəhyayaev

***

Saat 17:15

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) Bakı-Salyan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

BDYPİ-dən APA-ya verilən məlumata görə, hadisə magistral yolun 29-cu kilometrliyində qeydə alınıb.

İlkin məlumata görə, “Hyundai Accent” markalı, 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb. Eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı, 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb. Hadisə nəticəsində “Hyundai Accent” avtomobilində olan üç nəfər qadın sərnişin həlak olub. Sürücü, bir qadın və bir azyaşlı uşaq isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

APA-nın yerli bürosunun xəbərinə görə, qəzada ölənlərin ikisi - 1975-ci il təvəllüdlü Hüseynova Elnurə Adil qızı, 1972-ci il təvəllüdlü Bağırova Dilarə Ramil qızı Neftçala rayon sakinləridir. Hadisə zamanı ölən digər qadının kimliyi məlum deyil.

***

16.33

Salyanda ağır yol qəzası olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ələt-Astara yolunda, Salyan rayonunun Kürsəngi kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “KamAZ” markalı yük maşını və minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadaları cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR