Salyanda qadın özünü bıçaqlayıb

Salyanda qadın özünü bıçaqlayıb
# 30 iyul 2022 13:16 (UTC +04:00)

Salyanda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. Kənd sakini, 1979-cu il təvəllüdlü Əhmədzadə Sevinc Rafael qızı bir neçə bıçaq xəsarəti ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Yaxınlarının bildirdiyinə görə, 43 yaşlı qadın özü-özünə bıçaq xəsarətləri yetirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR