Şamaxıda 2 avtomobil toqquşub, xəsarət alanlar var

Şamaxıda 2 avtomobil toqquşub, xəsarət alanlar var
# 22 noyabr 2019 11:29 (UTC +04:00)

Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Şamaxı yolunda qeydə alınıb.

25-BH-483 dövlət nömrə nişanlı, "Daewoo Nexia" markalı minik avtomobili qarşı tərəfdən gələn 56-BC-404 dövlət nömrə nişanlı, "VAZ 21015" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində İsmayıllı rayon sakinləri, 1960-cı il təvəllüdlü Ömərova Zarina Yusif qızı və 1985-ci il təvəllüdlü Salahov Anar Salah oğlu xəsarət alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR