Şamaxıda 20 yaşlı oğlan özünü asıb

Şamaxıda 20 yaşlı oğlan özünü asıb
# 15 yanvar 2022 10:18 (UTC +04:00)

Şamaxı rayonunda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə rayonun Məlikçobanlı kənd sakini, 2002-ci il təvəllüdlü Camalov Nizaməddin Niyaməddin oğlu yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR