Şamaxıda avtomobil piyadanı vurub, vəziyyəti ağırdır - YENİLƏNİB

Şamaxıda avtomobil piyadanı vurub, vəziyyəti ağırdır - YENİLƏNİB
# 25 avqust 2019 22:12 (UTC +04:00)

Şamaxıda yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan piyadanın adı məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə bu gün axşam saatlarında Şamaxıda "Mercedes-190" markalı minik avtomobili yolu keçən piyadanı - rayonun Quşçu kənd sakini, 1993-ci il təvəllüdlü Ağakərimov İsgəndər Nüsrət oğlunu vurub.

Hadisə zamanı ağır bədən xəsarəti alan şəxs Şamaxı rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə çatdırılıb.

****

17:24

Şamaxı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 16:50 radələrində Şamaxı-Göylər yolunda qeydə alınıb.

"Mercedes" markalı minik avtomobili 35-40 yaşlı kişini vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR