Şamaxıda məktəblinin ölümü ilə bağlı cinayət işi başlanıb

Şamaxıda məktəblinin ölümü ilə bağlı cinayət işi başlanıb
# 17 sentyabr 2019 10:37 (UTC +04:00)

Şamaxıda məktəblinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.

APA-nın məlumatına görə, faktla bağlı Şamaxı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (zərərçəkmişin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Rayonun Dəmirçi kənd sakini Səməd Balayev təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Qeyd edək ki, hadisə dünən saat 17:00 radələrində Şamaxı şəhərinin “Dördyol” adlanan ərazisində qeydə alınıb. “Niva” markalı minik avtomobili 9 yaşlı Yusif Mübariz oğlu Nuriyevi vurub. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Y.Nuriyev 3-cü sinif şagirdi olub. Onun atası ötən il Şamaxıda göldə çimərkən boğulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR