Şamaxıda taxıl sahəsi yanıb - VİDEO - YENİLƏNİB

Şamaxıda taxıl sahəsi yanıb - VİDEO - YENİLƏNİB
# 13 iyun 2019 10:39 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Şamaxıda taxıl sahəsində baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Şamaxı rayonunda 52 ha sahədə güclü yanğın qeydə alınıb. Şamaxı rayonunun Çöl Göylər kəndində 7 ha biçilməmiş və 30 ha biçilmiş taxıl sahəsi, 15 ha sahədə quru ot, kol-kos yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri tərəfindən söndürülüb.

***

Saat 00:40

Şamaxı rayonunda böyük bir ərzaidə yanğın baş verib.

APA xəbər verir ki, hadisə rayonun Göylər kəndində biçilməmiş taxıl sahəsində qeydə alınıb.

Əraziyə dərhal FHN-in Şamaxı Dövlət Yanğın Mühafizə hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.

Yanğının hansı səbəbdən baş verdiyi barədə hələlik heç bir məlumat verilməyib.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR