Samuxda ev yanıb, 1 nəfər xəsarət alıb

Samuxda ev yanıb, 1 nəfər xəsarət alıb
# 23 iyul 2022 14:42 (UTC +04:00)

Samuxda evdə yanğın olub.

APA Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Samux şəhərində ümumi sahəsi 12 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb, yüksək temperaturdan bitişik, ümumi sahəsi 250 m² olan birmərtəbəli evin dəhlizinin lambirdən ibarət tavanı 20 m² sahədə əriyib.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR