Samuxda qaz sızması nəticəsində partlayış olub, xəsarət alan var

Samuxda qaz sızması nəticəsində partlayış olub, xəsarət alan var
# 20 noyabr 2019 23:22 (UTC +04:00)

Samuxda partlayış baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Nəbiağalı kəndində qeydə alınıb.

Kənd sakini, 1937-ci il təvəllüdlü Səttar Xəlilovun həyətiyanı sahəsində yerləşən yardımçı tikilidə qazın sızması nəticəsində partlayış olub. Hadisə zamanı 82 yaşlı kişi yanıq xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisənin baş verməsi səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR