Saxlanılan şəxsə narkotik ötürməyə cəhd edilib - FOTO

Saxlanılan şəxsə narkotik ötürməyə cəhd edilib - FOTO
# 10 avqust 2022 12:29 (UTC +04:00)

Ədliyyə nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən APA-ya verilən xəbərə görə, Cinayət Məcəlləsinin 177.3.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Elmin Vilayət oğlu Cəfərova qardaşı Saatlı rayon sakini Elvin Vilayət oğlu Cəfərov tərəfindən gətirilən sovqata baxış keçirilib.

Yoxlama zamanı oradakı gödəkçənin astar hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş kağız bükülülərdə ümumi çəkisi 2,522 qram olan narkotik maddə - tiryək və ümumi çəkisi 0,766 qram olan narkotik vasitə heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR