Sədərəkdə 7 yaşlı məktəblini avtomobil vurub

Sədərəkdə 7 yaşlı məktəblini avtomobil vurub
# 26 sentyabr 2023 15:16 (UTC +04:00)

Sədərək rayonunda məktəblini avtomobil vurub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Avtomobil məktəbin qarşısından yolu keçən 2016-cı il təvəllüdlü Əliyeva Sevgi Həsən qızını vurub.

Xəsarət alan azyaşlı təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Qapalı kəllə-beyin travması alan S.Əliyevanın vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR