Şəki sakinini ilan sancıb

Şəki sakinini ilan sancıb
# 24 may 2023 19:37 (UTC +04:00)

Şəkidə 54 yaşlı kişini ilan sancıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Zunud kəndində baş verib. Kənd sakini 1974-cü il təvəllüdlü Namiq Nadir oğlu Qurbanov özünə məxsus torpaq sahəsində təsərrüfat işləri aparan zaman ərazidə olan ilan onun sol əlindən sancıb. Namiq Qurbanov yaxınlarının köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Ona xəstəxanada lazımi tibbi yardım göstərilib, müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR