Şəkidə 2 qadını şantaj edən şəxs saxlanılıb

Şəkidə 2 qadını şantaj edən şəxs saxlanılıb
# 06 oktyabr 2022 13:07 (UTC +04:00)

Şəkidə qadınların şəkillərini paylaşılacağı ilə hədələyərək pul tələbən edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini olan 2 qadın onların ailə fotoşəkillərinin sosial şəbəkədə paylaşılacağı ilə hədələnərək pul tələb olunmasını bildiriblər.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Teyyubov saxlanılıb.
Araşdırma aparılır.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR