Şəkidə leysan yağışları bir sıra fəsadlar törədib - FOTO

Şəkidə leysan yağışları bir sıra fəsadlar törədib - FOTO
# 11 iyun 2022 13:16 (UTC +04:00)

Şəkidə leysan yağışları bir sıra fəsadlar törədib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, iyunun 10-u axşam saatlarında başlayaraq Şəki rayonu ərazisində küclü küləklə müşahidə olunan leysan yağıb. Leysan yağışları əsasən rayonun ucqar Baş Küncüt kəndi ərazisində fəsadlar yaradıb. Belə ki, dağlara yağan leysan yağışı kəndin ərazisindən axan Qara çayda daşqın əmələ gətirib. Nəticədə kənd daxili yolları yararsız hala düşüb, elektrik və qaz təsərrüfatına ziyan dəyib. Kəndin daxilində üç körpünü də sel-sular dağıdıb. Leysan yağışları sakinlərin içməli su xətlərini dağıtmaqla yanaşı fərdi təsərrüfatlarda xüsusən bostan-tərəvəz sahələri su altında qalıb.

Səhər saatlarından yerli qurumlar kənddə fəsadların aradan qaldırılmasına cəlb edilib. Rayon suvarma sistemləri və yol istismar idarələrinin texnikaları kəndə cəlb edilib. Kənddə elektrik enerjisinin və mavi yanacağın bərpası istiqamətində müvafiq qurumlar iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR