Səlim Müslümovun məhkəməsinin vaxtı məlum olub - VİDEO

Səlim Müslümov

© APA | Səlim Müslümov

# 20 iyul 2022 14:52 (UTC +04:00)

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsinin vaxtı məlum olub.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək məhkəmənin hazırlıq iclası avqustun 1-ə təyin edilib.

Cinayət işi hakim Faiq Qəniyevin icraatında araşdırılacaq.

Qeyd edək ki, Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.

Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daha sonra səhhətindəki problemlərlə bağlı o, ev dustaqlığına buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR