Sement zavodunda fəhlə təkər partlaması nəticəsində ölüb

Sement zavodunda fəhlə təkər partlaması nəticəsində ölüb
# 07 may 2022 10:56 (UTC +04:00)

Bakıda sement zavodunda bədbəxt hadisə baş verib.

Qaradağ rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, mayın 6-ı saat 03 radələrində Qaradağ rayonu, Salyan şosesində yerləşən sement zavodunun ərazisində həmin zavodda təkərçi-çilingər vəzifəsində işləyən 1990-cı təvəllüdlü Sakit Abdullayevin ölməsi barədə prokurorluğa məlumat daxil olub. Aparılmış araşdırmalarla müəyyən edilib ki, Sakit Abdullayev yük avtomobilinin təkərinə normadan artıq hava təzyiqi vurduğundan partlayış baş verib, partlayışın təsirindən təkər diskdən ayrılaraq Sakit Abdullayevin baş nahiyəsinə dəydiyindən sonuncu hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR