Şəmkir sakini silahdan özünə atəş açaraq intihar edib

Şəmkir sakini silahdan özünə atəş açaraq intihar edib
# 07 may 2023 13:20 (UTC +04:00)

Şəmkirdə intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qapanlı kəndində qeydə alınıb.

Kənd sakini Camalov Cəfər yaşadığı evdə odlu silahla özünə atəş açaraq intihar edib. Onun hansı səbəbdən intihar etməsi məlum deyil.

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR