Şəmkirdə dönərdən zəhərlənənlərin adı məlum olub - YENİLƏNİB - VİDEO

Şəmkirdə dönərdən zəhərlənənlərin adı məlum olub - YENİLƏNİB  - VİDEO
# 09 iyun 2022 09:51 (UTC +04:00)

Şəmkirdə dönərdən zəhərlənənlərin adları məlum olub.

APA-nın yerli bürosu xəbər verir ki, həmin şəxslər aşağıdakılardır:

2013-cü il təvəllüdlü Əlizadə Tamela Orxan qızı
2015-ci il təvəllüdlü Əlizadə Zəhra Orxan qızı
2011-ci il təvəllüdlü Əliyeva Nəzrin Natiq qızı
2018-ci il təvəllüdlü İlyasova Nərminə vüsal qızı
2020-ci il təvəllüdlü İlyasova Nihan Vüsal qızı
1993-cü il təvəllüdlü Rzayev Cəfər Elman oğlu
1999-cu il təvəllüdlü Hüseynov Təbriz Elbəy oğlu
Qafarov Nurlan Mədət oğlu
Vəliyev Qəzənfər Baba oğlu.

Zəhərlənənlərdən bir neçəsinin vəziyyətinin kafi olduğu qeyd olunub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə APA-ya bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri və müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb: "Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək".

***

07:58

Şəmkirdə kütləvi zəhərlənmə qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun 5-ci küçəsində yerləşən “Hicaz” dönər satışı məntəqəsində qeydə alınıb.

Belə ki, 2-si uşaq olmaqla 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, dərhal onlara yardım göstərilib.

Vəziyyətlərinin kafi olduğu bildirilir.

Zəhərlənən şəxslərin sözlərinə görə, onlar dönər yedikdən sonra özlərini pis hiss ediblər.

Hazırda fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR