Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
# 04 noyabr 2022 21:17 (UTC +04:00)

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunda baş verib.

Hərəkətdə olan “Mercedes” markalı minik maşını ilə “VAZ” markalı avtomobil toqquşub.

Qəzadan sonra “VAZ” yoldan çıxaraq aşıb.

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR