Şirkət rəhbərinin ölümünə səbəb olan şəxsin məhkəməsi başlayır

Şirkət rəhbərinin ölümünə səbəb olan şəxsin məhkəməsi başlayır
  • Clock-gray 16:17
  • calendar-gray 19 İyul 2019

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Hüseyn Muxtarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Fərid Yaqubovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Qeyd edək ki, hadisə bu il mayın 18-da Xətai rauonu Fəzail Bayramov küçəsində qeydə alınıb. Muxtarov Hüseyn Çingiz oğlu idarə etdiyi “Toyota Camry” markalı avtomobillə yolu keçən 1959-cu il təvəllüdlü Əliyev Həsən Abbasqulu oğlunu vurub. Zərərçəkən aldığı xəsarətlər nəticəsində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Qəzanı törədən şəxs "Azərbaycan Dəmir Yolları" QSC-nin Keşlə stansiyasının əməkdaşı, ölən şəxs isə "VÜQAR-2" MMC-nin sahibi olub.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date