Şirkətdən 20 min manatlıq oğurluq olub

Şirkətdən 20 min manatlıq oğurluq olub
# 24 noyabr 2022 12:59 (UTC +04:00)

Bakıda şirkətdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Nərimanov rayonunda şirkətlərdən birinin anbarından 20.000 manat dəyərində elektrik və inşaat materiallarının qeyri-aşkar şəraitdə oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Şahin Həsənov saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR